"Biz bu gün sosial təminat və müdafiəni həyata keçirən orqanın fəaliyyətini müzakirə edirik. Doğrudan da, bizim keçmiş əməkdaşımız Sahil müəllim bu istiqamətdə xeyli işlər görür, islahatlar aparır. Xüsusilə Dost Mərkəzlərinin yaradılması insanlar tərəfindən təqdir olunur".
Bunları Milli Məclisdə “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində çıxış zamanı Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev deyib.
Millət vəkili xatırladıb ki, büdcə müzakirəsi zamanı bu və ya digər sahəyə daha artıq vəsait ayırmağın tərəfdarı kimi çıxış edib, amma təəssüflər olsun ki, fondun büdcəsi çox məhduddur: “Biz çalışmalıyıq ki, daha çox vəsait toplayaq. Vəsait toplamaq üçün insanların əmək haqqı artırılmalıdır. Burada Hadı Rəcəbli dedi ki, ölkəmizdə doğuşun sayı il ərzində 170 mindən 103 minə düşüb. Həqiqətən də bu hər birimizi düşündürməlidir. Adətən sosial vəziyyət aşağı olanda insanlar ailə qurmur, dünyaya uşaq gətirmək istəmirlər. Burada qeyd edildi ki, doğuşa görə, müavinət artırılsın, 3 yaşına qədər uşaqlara müavinətlərin verilməsi məsələləri həll edilsin. Avropanın ən inkişaf edən dövlətlərində uşaqlara 18 yaşına çatana qədər müəyyən müavinətlər verilir. Bu məbləğ bəzi hallarda 200 avro həcmində olur. Azərbaycanda da buna böyük ehtiyac var. Hesab edirəm ki, müəyyən islahatlar aparsaq, buna nail ola bilərik. Həmkarım Fazil Mustafa qeyd etdi ki, hər şey kadrlardan başlayır. Vaxtı ilə Stalin də deyirdi ki, hər şeyi kadrlar həll edir. Amma mən hesab edirəm ki, hər şeyi islahatlar həll edir. Biz islahatlara getməsək, bu problemləri həll edə bilməyəcəyik”.
Qüdrət Həsənquliyev bildirib ki, ilk növbədə idarəetmədə xərclər azaldılmalıdır: “Mən komitənin iclasında da qeyd etdim ki, Azərbaycanda büdcə vəsaitləri hesabına çalışanların sayının gələn il üçün 19300 nəfər artırılması proqnozlaşdırılır. Mətbuatdan oxudum ki, Ermənistanda gələn il büdcədən maliyyələşən 150 min insanın ixtisarı nəzərdə tutulur. Biz çalışmalıyıq ki, maksimum az sayda insanlarla daha çox iş görək, büdcə xərclərini maksimum dərəcədə azaldaq. Bundan başqa, bir çox müəssisələr var. “Azərkosmos”, “Azəriqaz”, “Azəristilik”, “Azərsu” və s. Ümumiyyətlə dövlətə məxsus olan səhmdar cəmiyyətləri var ki, onları özəlləşdirməyin vaxtı çoxdan çatıb. Xidmət sahələrini özəlləşdirməliyik. Həm buradan büdcəyə böyük pullar daxil ola bilər, həm də bu şirkətlər gələcəkdə büdcəyə vergi ödəyər. Məsələn, biz gələn ilin investisiya qoyuluşunda energetika və sənayeyə 782,9 milyon manat vəsait ayırırıq. Gəlin görək bu sektor büdcəyə nə qədər vergi verir? Biz müxtəlif adlarla onların ödədiyi vergini yenidən qaytarıb özlərinə veririk. Hesab edirəm ki, bu xidmət sahələrini mütləq özəlləşdirmək lazımdır. Siyavuş Novruzov burada qeyd etdiyi kimi uzun müddətə idarəetməyə verilməlidir ki, dövləti bu yükdən azad edək. Bu halda sizi əmin edirəm ki, gələcək 2-3 il ərzində büdcənin həcmini 40-50 milyard dolara qaldıra bilərik. O zaman pensiyaları artırmaq, uşaq pulunu ödəmək və əlillərlə bağlı məsələləri yoluna qoymaq üçün pul tapmış olacağıq. Amma bu islahatları aparmadan, dövlətin yükünü azaltmadan, bunları etmək çətin olacaq”.
Qüdrət Həsənquliyev Bakıda sərnişindaşıma ilə bağlı problemə də toxunub: “Bakı şəhərində sərnişindaşıma nədir ki? Əvvəllər çoxlu özəl şirkələr vardı və onlar vergi ödəyirdi. İndi onu da artıq dövlət öz üzərinə götürür. Sahibkarlar müasir avtobus ala bilmirlərsə, dövlət özü həmin pula avtobus alınca, bu maliyyəni sahibkarklara kredit kimi verə bilər. Həmin sahibkarlar da müasir avtobuslar ala bilərlər. Bir daha qeyd edirəm, biz sahibkarların ucuz və aşağı faizlə kreditlətə çıxışını təmin, ölkəyə xarici investisiyaları cəlb edə bilməyəcəyiksə, dövlət investisiya qoyuluşu, daha çox dövlətin idarə, müəssisə və təşkilatlarına dəstək vermək yolu ilə iqtisadiyyatın sürətli inkişaf tempini təmin edə bilməyəcəyik. Ona görə də ölkədə böyük özəlləşdirməyə gedilməlidir. Bunu etsək digər problemləri də həll edə biləcəyik”.

Şərhlər
BÜTÜN BÖHRANLARIN KÖKÜNDƏ SOSİAL BÖHRAN DURUR, SOSİAL BÖHRAN İSƏ MADDİYYATDAN DAHA ÇOX MƏNƏVİYYATDAN QAYNAQLANIR, yəni ƏDALƏTSİZLİKLƏR inam-güvənini sarsıdır və BU HAL XÜSUSİYLƏ CƏMİYYƏT SAĞLAM ƏBU-HAVANI KORLAMAQLA GƏLƏCƏK BÜTÜN BÖHRANLARIN ƏSASSINI QOYUR...XARİCİ KƏŞFİYYAT ORQANLARININ DÖVLƏTLƏRİ TOPSUZ-TÜFƏNGSİZ ÇÖKÜZDÜRMƏK ÜÇÜN erməni-XAİES SOYLULARI həmin dövlətlərin ərazilərinə köçürmüşlər v...
https://azvision.az/news/158507/ermenilerin-fasist-italiyasi-ile-gizli-isbirliyi-%E2%80%93-tam-mexfi.html
İtaliyanın Efiopiyaya köçürdüyü 3 xalqdan biri də məhz ermənilər idi. Bu köçürmə sonralar Efiopiyanın işğalında öz effektini verdi. Ermənilər demək olar ki, Efiopiyanın bütün idarəçilik, mədəniyyət və sosial sistemində tamamilə oturuşmuşdurlar.
http://azpolitika.info/?p=466405
“DOĞUŞUN SAYI İL ƏRZİNDƏ 170 MİNDƏN 103 MİNƏ DÜŞÜB” – Deputatdan ŞOK statistika
Dərc olunub: 15/11/2018 - 10:21
Abel müəllim Məhərrəmovun sağ əli bunun və o birilərinin də başına olsun. Bəlkə bu millət bir gün görər.
Azərbaycanlı əhali əslində azalır.Ətrafına baxsan görərsən.Artım xaricdən dəvət edilən kürdlər,çinlilər,İranlılar və s. millətlər hesabınadır.Allah Azərbaycan millətini sonrasından qorusun
Hər gün televiziyada rəsmilər inkişafdan danışır. Millət vəkili Qüdrət Həsənquliyev isə tənəzülldən. Hansı doğrudur.
Bəs hörmətli millət vəkilləri nə işlə məşğuldurlar??
Axl seretle inkissf eden olkede bu nece ola biler.
BAX HA ,DOQUM AWAQI DUWUB,AMMA EHALI ARTIR...VALLAH GULMELIDI
Qüdrət Həsənquliyev başqa planetdə oturub,özü yaxşı maaş alır.amma düşünə bilmir ki,aylıq maaşı 250-300 manat olan insan bu maaşla özünü və ailəsini necə dolandırır,uşaqları nə yeyib içə bilir,uşaqları məktəbə məktəb paltarlarsız,qarnı ac necə yola sala bilir,baxca,yasli pulu verə bilirmi,xəstəlikdən necə qoruna bilir? Bax,Qüdrət bəy,əsl məsələ buradan başlayır.Bir ailə özünü məcbur edərək bir uşaq dünyaya gətirir,onu inormal yedizdirə,geyindirə bilmədiyindən ikinci uşaq bətndə məhv edilir.Bunu bilmən lazım
Dünyamalı Doxtur inciməsəydi deyərdim ki...., Ya da Hadını Deputatxanada görəndə bu məsələlər yadından çıxır Qudrət qaqam anlamır ki, Dünyaya acqarına körpə gətirmək olmur; Biz Afrika cəngəlliklərində, Ərəbstan çöllərindəki yarıminsanlardan deyilik ki, doğub töküb acından qıraq; Bir körpənin aylıq xərci 350-500 man arasındadır Otra əmək haqqı da məlum İndi ancaq Deputat və nazirlər doğa bilərlər
....onsuz da millet işsizdir.1-2 denə dövlət müəsisəsi qalıb onu da özelleşdirib,olan işləyəni də çöldə qoyun.İslahat üçün 1-ci MM-i buraxıb normal,düzgün adamları seçmək lazımdır,onlar da qalanlarını tenzimləsin.Hadı da çox dedi uşaq lazım deyil,millet de onu eşitdi.İndi nedi neve-neticenize gelecek üçün işləməyə qullar axtarırsınız?
Siz MM deputatları,nə vaxt ayılacaqsınız.Dünyada iqtisadiyyatın,sənayenin,səhiyyənin canı energetika sahəsidir. Özü də təcili,təxirə salınmaz sahədir.Başa düşə bilmirəm.Nəyi gözləyirsiniz?Yenə respublikanı zülmətə qərq etmək istəyirsiniz? Elektrik stansiyaların dirçəldilməsi gecikir? Ehtiyat hissələr alınmır.Bu "Azərenerji" ASC prezidenti Baba müəllimdən asılı deyil,Sizdən asılıdır.Təcili işlək stansiyaların bir hissəsini özəlləşməyə vermək lazımdır.Dövlətin ayırdığı subsidiya yeyilir, dağıdılır.SOS edin.
Camaat boğazına çörek tapmır uşaq düzeltmek vaxtıdırmı? Aşağı düşecek de,gerek yaxşı qidalanasanki ...