Menu

“Pensiya yaşını azaltmağa ehtiyac yoxdur” - Nazir

15.11.2018, 13:22
“Pensiya yaşını azaltmağa ehtiyac yoxdur” - Nazir

“İndi bütün ölkələrdə pensiya yaşı artırılır. Yəni, pensiya yaşını azaldan yoxdur. Artıq Avropa ölkələrində pensiya yaşı 67-69-a qaldırılıb”.

Bu sözləri Modern.az-a eksklüziv açıqlamasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Nazir bildirib ki, normalda pensiya müddəti 12 il olmalıdır:

“Bu gün Azərbaycanda qadınların həyat dövrü 78 yaşdır. 78 yaş olduğuna görə, 65 yaşda pensiyaya çıxdıqda 13 il pensiya ala bilirlər. Ona görə də bu, normaldır. Bunu azaltmağa və ya artırmağa ehtiyac yoxdur.

Pensiya məbləğinin artımı isə onunla bağlıdır ki, bu gün işləyənlər daha çox pul versinlər ki, onların pensiyası arta bilsin. Bu gün yığdığımız pul nəyə kifayət edirsə, hamısı pensiyaya yönləndirilir. Əgər işləyənlər 26 faiz yox, 50 faiz versə, pensiyalar iki dəfə artacaq”.

Xatırladaq ki, ötən gün Milli Məclisdəki büdcə müzakirləri zamanı pensiya yaşı ciddi müzakirə mövzusu olmuşdu. Deputat Vahid Əhmədov hökumətə çağırış edərək, pensiya yaşını 65-dən aşağı salmağa çağırmışdı.

Şərhlər

Vətən OĞLU 2018-11-15 13:22:52

Hadı Rəcəbli dedi ki, ölkəmizdə doğuşun sayı il ərzində 170 mindən 103 minə düşüb. -siz pensiya yaşını artırın ki,doğuşun sayı artsın-hıhııı

rasim 2018-11-15 13:22:52

Hörmətli Sahil müəllim. Sizdən xahiş edirəm son 15-20 il üçün dövlət statika komitəsindən vəfat edənlərin orta yaşı barədə arayış alasınız və ora baxın görün 65 yaşı keçıb vəfat edənlər neçə faiz təşkil edir. Siz Avropa ölkələrini nümunə göstərirsiniz. orada orta aylıq əmək haqqı orta hesabla 2000-3000 avro arasında dəyişir. bizdəki əmək haqqından yəqin xəbəriniz var. həyat səviyyəsini Avropaya çatdırın ondan sonra müqayisə edin. Avropanın nə qədər antiinsan qanunları var hamısı burada dəstəklənir.

məmmədqulu 2018-11-15 13:22:52

Təklif: təqaüd yaşını 100-ə qaldırın. İndi söz əlaqədar təşkilatlarındır (Z.H.)

Nazirə sual: 2018-11-15 13:22:52

Bəs hansı əsaslı arqument pensiya yaşının artırılmasını vacib edib?
Bu sual bütün əhalini düşündürür.Bir də 6.3 % artım qiymətlərin 50-60 % artımı qarşısında pensiyaçılara təhqir deyilmi?Xahiş edirik bu sualları televiziya vasitəsilə cavablandırasınız.Ölkə gəlirlərinin pensiyaları 2-3 və daha çox dəfə artırmağa imkanı olduğu halda ömrünü işləyərək ölkəyə xeyir verən insanlara bu qədər etinasızlıq,hörmətsizlik Sizlərdə haradan doğur?

EJDER 2018-11-15 13:22:52

BIZIM STATISTIKAMIZ YALANDAN ,PALANDAN IBARETDIR.KIMI ALLADIRIQ...

omar 2018-11-15 13:22:52

Ay nazir,çox maraqlı pensiya anlayışın var.13 il alacaqlar və belə çıxır ki,ondan sonra ölməlidirlər.Nazir olaraq izah edə bilərsənmi ki,niyə 30-35 yaşdan yuxarıları işə götürmürler,sen amma pensiya yaşını 65 etmisen.Yaxşı o araliqda olanlar sence ölməlidir?Əmək naziri kimi niyə işəgötürənlərə qadağa qoymursan ki,bu yaş heddini yığışdırın.Qaldıki dünyanın heç yerində qadınıara 60-dan yuxari pensiya yaşı teyin edilməyib.

SƏNƏ DƏ: 2018-11-15 13:22:52

YAVƏR CAMALOV YOLU GEDƏSƏN GƏDƏ...

Hafiz 2018-11-15 13:22:52

"Cənab nazir" mənim istəyim odur ki, sizi sırf əmək haqqına oturtmaq lazımdır(hansı ki, sizin məvacibiniz Azərbaycan ölçüsünə görə çoxdur). Onda bilərsiniz ki, o məvaciblə Azərbaycanda necə ailə saxlamaq olar. Bu mənim sizə arzumdur!!!.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol