Menu

"Faiq Ağayev deputatlığa namizədliyini verərək xalqın dəstəyini sınaya bilər" - Siyavuş Novruzov

15.11.2018, 16:22
"Faiq Ağayev deputatlığa namizədliyini verərək xalqın dəstəyini sınaya bilər" - Siyavuş Novruzov

Azərbaycanda son günlər xalq artisti Faiq Ağayevin deputatlığa namizdəliyi iddiası cəmiyyətdə incəsənət, şou adamlarının parlamentdə təmsilçiliyini gündəmə gətirib, geniş müzakirələrə səbəb olub.

Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov “Report”a açıqlamasında bildirib ki, yaşı 18- i tamam etmiş, qanunvericiliyin tələblərinə uyğun olan hər bir Azərbaycan vətəndaşı, o cümlədən istənilən incəsənət və şou nümayəndəsi deputatlığa namizədliyini verərək xalqın dəstəyini sınaya bilər: “Son referendumdan sonra bildiyiniz kimi, bu yaş həddi 25-dən 18-ə endirilib. Buna görə də indi daha çox vətəndaşın deputatlığa öz namizədliyini vermək imkanı var. Bu, seçkili orqandır və qanunvericiliyin tələblərinə uyğun olaraq hər bir vətəndaş namizədliyini verə bilər”.

Konkret olaraq son vaxtlar xalq artisti Faiq Ağayevin deputatlığa namizədliyini vermə təşəbbüsü ətrafında gedən müzakirələrə toxunan S.Novruzov bildirib ki, Milli Məclisdə xalqın dəstəklədiyi hər bir sənətin nümayəndəsi seçilə bilər: “Axı qanunvericiliyə əsasən, sənətinə görə kiməsə bununla bağlı məhdudiyyət də yoxdur. Bu, xalqın seçimidir. Əgər Faiq Ağayev, həqiqətən də, iddia etdiyi kimi xalqın səsini qazana biləcəksə, buyursun hüququndan istifadə etsin. Bizim xalqın seçimi qarşısında boynumuz qıldır, qıldan da nazikdir”.

Milli Məclisin Mədəniyyət komitəsinin üzvü, deputat Nizami Cəfərov isə “Report”a bildirib ki, sənət adamları Azərbaycan parlamentində həmişə təmsil olunub və buna pis də baxmır: “Amma Milli Məclisdə təmsil olunmanın da öz proseduru var ki, gərək namizəd bundan da keçə bilsin - insanların səsini qazanmaq üçün namizədliyini verə bilsin, seçicilər onu seçsin, namizədliyə qədər isə xalq qarşısında hansısa bir xidməti olsun"

Millət vəkili qeyd edib ki, Faiq Ağayevin sənətçi olduğu üçün müəyyən qədər üstünlüyü ola bilər: "Yəni sənətçiləri başqa sahələrin adamlarına nisbətən xalq daha çox tanıyır. Ümumilikdə, seçki qanunvericiliynə görə, sənətinə görə heç kimə heç bir məhdudiyyət yoxdur, Milli Məclisə seçkilərdə 18 yaşını tamam edibsə, iştirak edə bilər. Hər şey də seçkinin nəticələrindən asılıdr. Çünki onu xalq seçir”.

Şərhlər

Abit 2018-11-15 16:22:57

Millet iyrenir sizin bu komik çıxışlarınızdan.İspaniyada çaxır vurmaq vaxtıdı.

ayzek 2018-11-15 16:22:57

bu çeburaşka milli məclisdə yəqin ki LGBT-ni təmsil edəcək və parlamentimiz Avropa standartlarına daha da yaxınlaşacaq.

Azəri 2018-11-15 16:22:57

SİYAVUŞ SƏN YAXŞI TƏKLİFLƏR VERİRSƏN. GƏRƏK Kİ SƏHV ETMİRƏMSƏ NƏ VAXTSA SƏN FAHİŞƏLİK OBYEKTLƏRİNİN LEQALLAŞDIRILMASINI DA MİLLİ MƏSLİSDƏ SƏSLƏNDİRİRDİN.

Kələntər 2018-11-15 16:22:57

Bəzəkli sölərdən və çıxışlardan millət bezib.30 ildə nə zaman ceçki
qanuna müvafiq olaraq karuselsiz,məhbussuz olub?Məhbus təzyiq altında,müəllim və həkimlər işdən çıxarılma təhlükəsi altında,qalan dövlət idarələri (İcra hakimiyyəti , dövlət aparatı işçiləri ) bu fasifikasiyada fəal iştirak ediblər.Siyavuş müəllimin danışığı ilə faktlar uyuşmur.

Dr.AGAOGLU 2018-11-15 16:22:57

X A L Q I N !!!!!!!!!

aysberq 2018-11-15 16:22:57

Cənab "Yapon İmperatoru" (Z.H.) orientasiyaya fikir vermirsiniz????

Aslan 2018-11-15 16:22:57

MM Faiq Ağayevi sıralarında görsə, onu necə qarşılayacaq? Onları bilmirəm, xalqımız biabr olacaq.

t.ədalət 2018-11-15 16:22:57

Güman ki Avropa bizim parlamentdə də cinsi azlığın nümayəndələrini görmək istəyir.Yoxsa, bu məsələyə deputatlar bu qədər diqqət ayırmazdılar.Bulaq suyunu kanalizasiya boruları ilə axıdanda,ancaq suvarmaya yarayır.Söz də elədir.Onun dəyəri onu ifadə edən adamın məzmunundan asılı olur..

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol