Menu

Beynəlxalq koalisiyanın Suriyaya endirdiyi zərbə nəticəsində 17 nəfər həlak olub

15.11.2018, 22:08
Beynəlxalq koalisiyanın Suriyaya endirdiyi zərbə nəticəsində 17 nəfər həlak olub

ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya Suriyaya növbəti hava zərbəsi endirib.Bu barədə "Report" SANA agentliyinə istinadən xəbər verir.

Bildirilir ki, zərbə Deyr-ez-Zoir vilayətinin Bu-Badran yaşayış məntəqəsinə endirilib. Zərbə nəticəsində azı 17 nəfər həlak olub.

Hadisənin təfərrüatı açıqlanmır.

Qeyd edək ki, ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya qüvvələri bir neçə gün əvvəl də Suriyaya hava zərbəsi endirib. Nəticədə 60-dan çox insan ölüb və yaralanıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol