Menu

Netanyahu eyni vaxtda iki vəzifədə çalışacaq

17.11.2018, 15:23
Netanyahu eyni vaxtda iki vəzifədə çalışacaq

İsrailin baş naziri Benyamin Netanyahu Aviqdor Libermanın istefasından sonra ölkənin müdafiə naziri vəzifəsinin səlahiyyətlərini icra edəcək.

“Deutsche Welle” nəşri xəbər verir ki, Netanyahu bundan sonra eyni vaxtda iki vəzifədə çalışacaq.

Bundan öncə o, ölkənin xarici işlər nazirinin də səlahiyyətlərini icra edirdi.

Xatırladaq ki, Aviqador Liberman noyabrın 14-də istefaya getdiyini bəyan edib.

O bunu baş nazirlə aralarında olan ciddi fikir ayrılıqlarının olması ilə izah edib. /modern.az

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol