Menu

"9 500-dən artıq şəhid hərbi qulluqçunun vərəsəsinə birdəfəlik ödəmə veriləcək" - Nazir

17.11.2018, 16:00
"9 500-dən artıq şəhid hərbi qulluqçunun vərəsəsinə birdəfəlik ödəmə veriləcək" - Nazir

"9 500-dən artıq şəhid hərbi qulluqçunun vərəsəsinə birdəfəlik ödəmə veriləcək".

"Report" xəbər verir ki, bunu mətbuat konfransında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

O bildirib ki, 2018-ci ilin dövlət büdcəsindən birdəfəlik ödəmə üçün 58 milyon, 2019-cu ilin büdcəsindən 50 milyon manat ayrılıb: "Bugünədək 224 şəhid hərbi qulluqçunun 300 vərəsəsinə birdəfəlik ödəmə edilməsi üçün qərar verilib".

Nazir qeyd edib ki, gələn həftə 300-dən artıq şəhid hərbi qulluqçunun vərəsəsinə birdəfəlik ödəmələrin verilməsi üçün qərar qəbul edilməsi nəzərdə tutulur: "Dekabr ayının sonuna kimi 1 000-dək şəhid vərəsəsinə ödəniş olunması nəzərdə tutulur. 2019-cu ilin sonunadək birdəfəlik ödəmələrin verilməsi prosesi bitməlidir".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol