Menu

 “Fətullah Gülənin Türkiyəyə təhvil verilməsi üçün yollar axtarırıq” - Tramp

17.11.2018, 18:31
 “Fətullah Gülənin Türkiyəyə təhvil verilməsi üçün yollar axtarırıq” - Tramp

"Fətullah Gülənin Türkiyəyə təhvil verilməsi üçün yollar axtarırıq".

“Report” “Aksham”a istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp bildirib.

Qeyd edək ki, noyabrın 17-də o, ABŞ-ın dövlət katibi Maykl Pompeo və Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Cina Haspellə görüşəcək. Həmin görüşdə Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğunda jurnalist Camal Qaşıqçının öldürülməsi əmrinin vəliəhd şahzadə Məhəmməd bin- Salman tərəfindən verildiyi və Fətullah Gülənin Türkiyəyə ekstradisiya ediləcəyi gözlənilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol