Menu

"Soliton"un kredit şöbəsinin əməkdaşı döyülüb

19.11.2018, 11:29
"Soliton"un kredit şöbəsinin əməkdaşı döyülüb

"Soliton" Mağazalar Şəbəkəsinin kredit şöbəsinin əməkdaşı hücuma məruz qalaraq döyülüb.

"Report"un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, hadisə Bakı-Sumqayıt yolunda baş verib.

Belə ki, Sumqayıt şəhər sakini, 1994-cü il təvəllüdlü Elvin Elçin oğlu Qarayevə qəfildən 5 nəfər hücum edərək onu döyüblər. Müxtəlif dərəcəli bədən xəsarətləri alan E.Qarayev ətrafdakıların kömkəliyi ilə xəstəxanaya çatdırılıb.

Hadisənin hansı səbəbdən baş verməsi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol