Menu

Bakıda bir ailənin 3 üzvü dəm qazından zəhərləndi

19.11.2018, 16:36
Bakıda bir ailənin 3 üzvü dəm qazından zəhərləndi

Bakıda bir ailənin 3 üzvü evdə huşsuz vəziyyətdə aşkarlanıb.

Trend-in məlumatına görə, hadisə paytaxtın Xətai rayonu, General Şıxlinski küçəsi ev 3-a, mənzil 48-də baş verib.

Həmin evdə yaşayan, Gəncə şəhər sakinləri, 1968-ci il təvəllüdlü Alıyeva Ruhəngiz Abduləli qızı, 1933-cü il təvəllüdlü Alıyeva Qəmər Novruz qızı və 2006-cı il təvəllüdlü Sülymanlı Sevinc Musa qızı evlərində huşsuz vəziyyətdə aşkarlanıblar.

Onlar dərhal Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdiriliblər.

Məlum olub ki, hər 3 şəxs dəm qazından zəhərlənib.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol