Qəzza zolağı tərəfindən İsrail tərəfə raketlər atılıb
Yaxın Şərqdə vəziyyət yenidən gərginləşib.
ANS TV-nin məlumatına görə, İsrail ordusu ilə “Həmas” hərəkatı arasında 72 saatlıq atəşkəsin başa çatmasına 3 saat qalmış atəşkəs pozulub. Buna Qəzza zolağı tərəfindən İsrail tərəfə raketlərin atılması səbəb olub.
”Həmas” döyüşçüləri tərəfindən azı 10 raketin atıldığını açıqlayan İsrail tərəfi cavab olaraq Qəzza zolağında aviazərbələri bərpa edib. Qəzza tərəfindən İsrailin Aşkelon şəhərinin səmasına atılan raket zərbələri əsasən qeyri-yaşayış sahələrinə endirilib.
Atəşkəs rejimində Qəzzadan İsrailə atılan aviazərbələr İsraili Misirin paytaxtı Qahirdə Fələstinlə aparılan danışıqları dayandırmağa məcbur edib.
Atəşkəs elan edilənədək isə İsrail Qəzza zolağında bir aya yaxın “Məhvedilməz Qaya” adlı hərbi əməliyyat həyata keçirib.


Şərhlər