Menu

Qurban Qurbanov danışdı

08.08.2014, 23:11
Qurban Qurbanov danışdı

"Problemlərimiz olsa da “Twente” ilə qarşılaşmalara ciddi hazırlaşacağıq"

"Problemlərimiz olsa da “Twente” ilə qarşılaşmalara ciddi hazırlaşacağıq”. ANS PRESS-in məlumatına görə, bunu “Qarabağ” komandasının baş məşqçisi Qurban Qurbanov deyib.

Onun sözlərinə görə, Hollandiyanın “Twente” klubu tanış komandadır.

“Bu klub qarşılaşa biləcəyimiz komandalar arasında ən güclülərdəndir. Hazırda çempionat oyunlarını fikirləşirik. Bu oyuna qədər matçlarımız var. Problemlərimiz olsa da “Twente” ilə qarşılaşmalara ciddi hazırlaşacağıq. Hələlik, rəqib komanda haqqında məlumat toplayacağıq. “Twente” kollektivi ötən mövsüm çempionatda üçüncü yeri tutub. Güclərinə şübhə etmək olmaz”.

Qeyd edə ki, Ağdamın “Qarabağ” komandası UEFA Avropa Liqasının yarışlarının play-off mərhələsində Hollandiyanın “Twente” komandası ilə qarşılaşacaq.

Play-off mərhələsindəki oyunlar avqustun 21-də və 28-də keçiriləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol