Menu

Obama erməniləri məyus etdi

09.08.2014, 09:32

ObamaABŞ prezidenti Barak Obama 2007-ci ildən bu yana ilk dəfə soyqırım ifadəsini işlədib.

Axar.az xəbər verir ki, Obama bu ifadəni İraqda minlərlə xristianın müsəlman cihadçılar tərəfindən öldürüldüyü üçün işlədib.

“Biz bu soyqırım aktının qarşısını almaq üçün məsuliyyətli və diqqətli hərəkət etməliyik”, - deyə Obama bildirib.

Barak Obamanın bu sözləri neçə illərdir qondarma soyqırımın tanınması həsrətində olan erməniləri əsəbləşdirib.

Qərbdə nəşr olunan bir çox erməni nəşrləri Obamanın bu açıqlamasına xüsusi üstünlük veriblər.

Fransada nəşr olunan “Nouvelles d'Arménie” jurnalı bildirib ki, bu ifadə illərdir həsrətlə gözləyən ermənilər üçün yox, İraqda müsəlmanlar tərəfindən öldürülən xristianlar üçün söylənilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol