Menu

Rusiya aeroportlarına məşhur azərbaycanlıların adları verilə bilər

21.11.2018, 18:27
Rusiya aeroportlarına məşhur azərbaycanlıların adları verilə bilər

Rusiyada fəaliyyət göstərən 2 hava limanına məşhur azərbaycanlıların adları verilə bilər.

“Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, hazırda potensial namizədləri müəyyən etmək üçün onlayn sorğu keçirilir.

Sorğunun nəticələrinə əsasən, 47 yerli aeroporta müxtəlif şəxslərin adları veriləcək. Təklif edilən namizədlər arasında neft-qaz sahəsi üzrə tanınmış soydaşlarımız - Fərman Salmanov və Sabit Orucov da var. 1-ci Nijnevartovsk və və Surqut beynəlxalq hava limanları, 2-ci isə Yeni Urenqoy beynəlxalq aeroportu üçün əsas namizəd göstərilib.

Qeyd edək ki, səsvermədə Rusiyanın mobil operatorlarına məxsus nömrəsi olan şəxslər və yerli sosial şəbəkə istifadəçiləri iştirak edə bilərlər.

Şərhlər

t.ədalət 2018-11-21 18:27:32

Harasa kiminsə adını verməyin Azəırbaycana heç bir xeyri yoxdur.Azərbaycana işğal olunmuş ərazilərdən rus hərbiçilərinin çıxarılması və yurd yerlərimizin özümüzə qaytarıması lazımdır.Aeroportlara kiminsə adını yazmaq ayaqyolunun divarlarında gərəksiz cızma-qara aparmaq kimi bir şeydir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol