Menu

Aborigenlər amerikalı missioneri öldürdü

22.11.2018, 10:37
Aborigenlər amerikalı missioneri öldürdü

Hindistanın Şimali Sentinel adasında vəhşi qəbiləyə məxsus aborigenlər amerikalı missioneri öldürüb.

Trend-in məlumatına görə, həmin şəxsi adaya çatdıran balıqçılar onun kaman və oxlarla hücuma məruz qaldığını görüb.

Con Allen Ço adlı şəxsin xristian dinini təbliğ edən missioner olduğu məlum olub.

Balıqçılar oxlarla öldürülən şəxsin aborigenlər tərəfindən torpağa basdırıldığını da görüb.

Qeyd edək ki, Andaman arxipelaqına daxil olan Şimali Sentinel adasında 40-a yaxın aborigen yaşayır. Onlar bugünədək xarici aləmlə təmasdan kəskin şəkildə imtina edirlər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol