Birləşmiş Ərəb Əmirliklərində dəhşətli hadisə baş verib.
“Ölkə.Az” xəbər verir ki, mərakeşli bir qadın sevgilisini öldürdükdən sonra meyitini parçalayıb yemək hazırlayaraq pakistanlı fəhlələrə yedizdirib.
Prokuror bildirib ki, qadın sevgilisini üç ay əvvəl öldürüb. Amma onun evindəki mətbəx robotunda insan dişi tapıldıqdan sonra cinayət üzə çıxıb. Polis cinayəti etiraf edən 30 yaşlı qadının bu cinayəti əsəbi halda törətdiyini bildirib. Qadın qurbanı ilə 7 il birlikdə olub. Başqa qadınla evlənmək planlaşdıran şəxs bunu mərakeşli qadına deyib və cinayət baş verib.
Qadın sevgilisini öldürdükdən sonra ətli plov bişirib və yaxınlıqdakı pakistanlı fəhlələrə verib.


Şərhlər