Menu

Papa dünyanı İŞİD-ə qarşı mübarizəyə səslədi

09.08.2014, 12:40
Papa dünyanı İŞİD-ə qarşı mübarizəyə səslədi

Roma Papası bütün dünyanı İŞİD-ə qarşı mübarizəyə səsləyib. Moderator.az-ın Reuters agentliyinə istinadən verdiyi məlumata görə ruhani liderin bu bəyanatı Vatikan tərəfindən yayıb. Bəyanatda Şimali İraqda represiyalara məruz qalan xristian azlığın qorunması üçün zəruri bütün addımların atılması tələb olunur.

Qeyd edək ki, artıq dünəndən başlayaraq, ABŞ hərbi hava qüvvələri İŞİD terrorçularının mövqelərinə zərbə endirir. Hava hücumlarında məqsəd xristian azlıq üçün yaranmış təhlükəni dəf etməkdir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol