Menu

Antarktida buzları altında sirli enerji mənbəyi tapılıb - Sensasiya!

23.11.2018, 00:33
Antarktida buzları altında sirli enerji mənbəyi tapılıb - Sensasiya!

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Beynəlxalq tədqiqatlar qrupu Antarktidanın şərqində buzlar altında böyük geotermal şüalanma mənbəyi aşkar edib. Alimlərin fikrincə, bu mənbə buz laylarının əriməsinin səbəbi ola bilər. Bu barədə müvafiq pres-reliz «Science Alert» portalında dərc olunub.

Buzların zondlaşdırılması üçün mütəxəssislər radiolokatorla təchiz olunmuş xüsusi təyyarədən istifadə ediblər. Bunun köməyi ilə 3 kilometr dərinlikdə buz laylarının altında cərəyan edən prosesləri müəyyən etmək mümkün olub. Analizin nəticələrinə əsasən, Şərqi Antarktidanın tədqiq olunan sahəsində buz layları «baş-ayaq» üzür və bu zaman «ərinti su» buzaltı gölə doğru aşağı axır.

Tədqiqatçı Tom Cordanın (Britaniyanın Antarktik xidməti) sözlərinə görə, buzların müşahidə olunan əriməsi prosesi min və ya yüz minlərlə il ərzində davam edə bilərmiş və bununla bərabər, proses buz örtüyünün dəyişməsinə təsir göstərməzmiş.

«Amma gələcəkdə buz örtüyünün altındakı «artıq su» bu bölgəni xarici amillərə, məsələn, iqlim dəyişikliyinə daha həssas hala gətirə bilər» - deyə, Cordan xəbərdarlıq edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol