Menu

Hazard "Real"a, Beyl "Çelsi"yə 

22.11.2018, 23:28
Hazard "Real"a, Beyl "Çelsi"yə 

"Real" "Çelsi"nin futbolçusu Eden Hazardı transfer etmək üçün Qaret Beyldən də keçməyə hazırdır.

Qol.az-ın "goal.com"a istinadla yaydığı xəbərə görə, tərəflər qış fasiləsində danışıqlar masasına əyləşəcəklər. "Kral klubu"nun 27 yaşlı belçikalının keçidi üçün pulla yanaşı, Beyli də ingilislərə təklif edəcəyi gözlənilir.

Qeyd edək ki, Hazard 2012-ci ildən "Çelsi"nin formasını geyinir və çıxdığı 314 qarşılaşmada 97 qol vurub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol