Menu

Azərbaycanda milli parkda qonur ayı ovlanıb

23.11.2018, 09:41
Azərbaycanda milli parkda qonur ayı ovlanıb

Azərbaycanda milli parkda naməlum şəxs qonur ayı ovlayıb.

“Report”un xəbərinə görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi İsmayıllı Rayon Polis Şöbəsinə müraciət edərək bildirib ki, Şahdağ Milli Parkı, Basqal meşəliyində adı “Qırmızı kitab”a düşən qonur ayı naməlum şəraitdə naməlum şəxslər tərəfindən ovlanıb.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol