Menu

İranın girov götürülən sərhədçilərindən 5-i ölkəsinə qayıdıb

23.11.2018, 12:10
İranın girov götürülən sərhədçilərindən 5-i ölkəsinə qayıdıb

İranın cənub-qərbində girov götürülən sərhədçilərdən 5-i ölkəsinə qayıdıb.

“Report” xəbər verir ki, məlumat İran İnqilab Keşikçiləri Qvardiyası yayıb.

Bildirilib ki, Pakistanla aparılan danışıqlar nəticəsində “Ceys-ül-Ədl” silahlı qruplaşmasaının oğurladığı səhrədçilərdən 5-i səbəst buraxılıb və ölkəyə qayıdıb.

Qeyd edək ki, oktyabrın 16-da İranın Sistan-Bəlucistan əyalətinin Pakistanla sərhəddə yerləşən Mircave şəhərində 14 sərhədçi oğurlanmışdı.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol