Menu

Azərbaycan müğənnilərinin toy qiymətləri - SİYAHI

23.11.2018, 14:32
Azərbaycan müğənnilərinin toy qiymətləri - SİYAHI

Məhərrəm ayı başa çatıb və Azərbaycanda toyların keçirilməsində yaranan fasilə də bitib (Məhərrəm ayı ərzində ölkənin əksər bölgələrində toy mərasimləri olmur).

"Report" tanınmış müğənnilərin yeni mövsüm üçün toy qiymətlərini öyrənib.

Suala sənət adamlarından bir hissəsi özləri, bir qisminin isə produserləri cavab verib.

Nuri Sərinləndirici – 13 min dollar (ödəniş yalnız dollar ilə qəbul olunur)

Əməkdar artis Abbas Bağırov – ansambl ilə 16 min manat

Əməkdar artist Nadir Qafarzadə - ansambl ilə toyun idarə olunması 13 min manat, tək ifa 8 min manat

Samir Piriyev – ansambl ilə 10 min manat

Zamiq Hüseynov - ansambl ilə 10 min manat, tək ifa yarım saat 4 min manat

Xatirə İslam – yarım saat tək ifa 3 min 500 manat, öz ansamblı ilə bütöv toy 10 min manat

Əməkdar artist Könül Kərimova - ansambl ilə 8 min manat, yarım saat 3 min manat

Elçin Cəfərov – yarım saat ansambı ilə 7 min manat

Əməkdar artist Mətanət İsgəndərli – ansambl ilə 7 min manat

Əməkdar artist Röya Ayxan – 6 mahnı 7 min manat

Nigar Camal – yarım saat 6 min manat

Yeganə Mürsəlova - ansambl ilə 6 min manat, tək ifa 3 min 500 manat

Damla – yarım saat 2 min manat, saat 19:00-dan 23:00-a kimi 5 min manat

Xalq artist Səməd Səmədov – 4 min manat

Cahan qurupu – ansambl 6 nəfərlik 2 min 500 manat, ansambl 12 nəfərlik 3 min 500 manat

Meyxanaçı Namiq Qaraçuxurlu – yarım saatı 3 min manat

Qismət qurupu – 14 nəfərlik ansambl ilə 3 min manat

Sevda Yəhyayeva – yarım saat 3 min manat

Şərhlər

Valideyin 2018-11-23 14:32:26

Öz toylarına fonoqram oxuyan müğənniciklərin dəvət edənlərin musiqi zövqünün və incəsənətə,mədəniyyətə baxışı anlaşılmazdır.Necə yəni,illərlə həsrətlə gözlədiyin mərasimdə hansısa müğənni disklə gəlib,diski səsləndirib tullanıb düşməklə 3000-5000 manat alıb getsin.Özünü bilə-bilə aldatmaq bu millətə haradandır? Onlarsız da həmin diskləri orada səsləndirmək mümkündür axı!Onlrın gələrək mövcud ansamblla ifası tələb olunmalıdır.Fonoqrama bu qədər pul verməyə nə ad vermək olar?

BAKILI 2018-11-23 14:32:26

O pula gederem xarice yaxwi gezeren bu menim yadimda qalar neinki bunlarin fananqrama oxumasi

cəngərlik sakini 2018-11-23 14:32:26

həm şeytan kimi tullan-düş həm də pulu israf et.HAMISININ CAVABINI VERƏCƏKSİZ.MÜƏLLİM BİR AYA 200-300 man,bu ... 1 SAATA 3000-7000 MAN.BƏRƏKALLAH.BU XALQIN GƏLƏCƏYİ ÇOOOOOX İŞIQLIDIR.

Ekspert 2018-11-23 14:32:26

Niyə bunlar xəcalət çəkib,..Millət zülm çəkir.Bu Qudurmuş A...görün nə qiymət oxuyur.Elə bil bunlar toy ərzində daş daşıyırlar.Ali təhsilli mühəndisəm.40ildir işləyirəm.Özüm də sənətimin peşəkarıyam.Aylıq əmək haqqım 800 manatdır.Ölkəyə,Xalqa işıq verməkdə canımı qoymuşam.Niyə hökumət bu toyxanalara sayğac qoymur,elə müğənnilərə də.Toy sisteminə Müşahidə Şurası yaradılmalıdır.Həyasızlığa baxın.İnsaf deyən söz bunlarda yoxdur.Elə bil bunları dünya tanıyır.kişi cinsi qadından seçilmir.Əməlilə.

Zurnaçı Zeуnal 2018-11-23 14:32:26

Тoуa adəтən, qonuşub-əуlənmə və canlı musiqi eşiтmə həvəsi ilə gəlirlər. Demək olar ki, heç bir mügənni də bir saaтlıq сanlı ifanın ohdəsindən gələ bilmir. Olkə üzrə orтa Əmək Günü 25, Aуlıq maaş 500 manaтdır. Qiуməтin bundan уuxarısı тoуxana sahibi ilə mügənninin Nazirliуi də "məmnun edən" "ən тoleranт vergi islahaтı"dır.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol