Menu

Türkiyədə avronun məzənnəsi 6 lirəyə düşüb

23.11.2018, 15:34
Türkiyədə avronun məzənnəsi 6 lirəyə düşüb

Türkiyədə milli valyutanın bahalaşması davam edir.

“Report” türt mətbuatına istinadən xəbər verir ki, hazırda qonşu ölkədə 1 avro 6,01 lirəyə bərabərdir.

Bu isə, ötən günün yekunu ilə müqayisədə 0,05 lirə azdır. Xatırladaq ki, sonuncu dəfə Avropa valyutası Türkiyədə bu qiymətə avqustun əvvəllərində olub.

Qonşu ölkədə ABŞ dollarının məzənnəsi isə 5,3 lirə ətrafında qərarlaşıb və ötən günün yekunu ilə müqayisədə demək olar ki, eynidir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol