Menu

Ombudsmanın maaşı bu məbləğə qaldırılır

23.11.2018, 18:10
Ombudsmanın maaşı bu məbləğə qaldırılır

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsman) maaşı artırılır. Bununla bağlı "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) haqqında" qanunun 16-cı maddəsinə (Müvəkkilin sosial, maliyyə və digər təminatları) dəyişiklik edilir.

Dəyişikliyə görə, Müvəkkil 2230 manat məbləğində aylıq əmək haqqı alacaq.

Hazırki qanunvericilikdə isə belədir:

“Müvəkkil 2025 manat məbləğində aylıq əmək haqqı alır”.

Qanununun 1-ci maddəsində nəzərdə tutulmuş dəyişiklik 2018-ci il mayın 1-dən tətbiq ediləcək.

Şərhlər

Mubariz 2018-11-23 18:10:22

Xanımın işi çox ağırdır. Zərərli işə görə səhərlər süd də verilməlidir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol