Menu

Çin öz maraqlarını müdafiə edəcək - G20 sammitində

23.11.2018, 19:21
Çin öz maraqlarını müdafiə edəcək - G20 sammitində

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Çin Xalq Respublikası xarici işlər nazirinin köməkçisi Çjan Tszyun bəyan edib ki, ölkəsi G20 sammitinin gedişində özünün köklü maraqlarına zərər vuran bəyanatları qəbul etməyəcək və belə hərəkətlərə qarşı qətiyyətlə çıxış edəcək.

«Böyük iyirmiliyin» sammiti 30 noyabr- 01 dekabr aralığında Argentinanın paytaxtı Buenos-Ayresdə keçiriləcək.

«Konstrktivliyin, açıq və pozitiv yanaşmanın tərəfdarı olaraq, Çin tərəf G20-nin bütün işində və yekun sənədin tərtib olunması istiqamətindəki məsləhətləşmələrdə iştirak edəcək. Eyni zamanda biz, bütün tərəfləri G20-nin işində israrla həmkarlıq, bərabərlik, qarşılıqlı hörmək ıə konstruktiv yanaşma ruhuna sadiq qalmağa çağırırıq...».

Çinli diplomat bütün tərəfləri konsensus tapmağa və qarşıdan gələn sammitdə fikir ayrılıqlarını azaltmağa, mövculd zidiyyətləri isə dialoq vasitəsilə tənzimləməyə çağırıb. «Biz, ümid edirik ki, sammitdə pozitiv nəticələrə nail olunacaq» - deyə, Tszyun bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol