Menu

Yaralanmış hərbçilər müalicə üçün Türkiyəyə aparıldı

09.08.2014, 15:08
Yaralanmış hərbçilər müalicə üçün Türkiyəyə aparıldı

Yaralanmış hərbçilərimizdən üçü müalicə üçün Türkiyəyə aparılıb

Son günlər Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində düşmənin diversiya-təxribat cəhdlərinin və hücumlarının qarşısını alarkən yaralanan əsgərlərdən 3-ü müalicə üçün Türkiyəyə aparılıb.

Heydər Əliyev Beynəlxalq Hava Limanından APA-ya bildirilib ki, yaralı əsgərlər bu gün saat 14.40-da Türkiyəyə yola salınıb.

Qeyd edək ki, əsgərlərin müalicəsini Türk İş Birliyi və Koordinasiya Agentliyi (TİKA) üzərinə götürüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol