Menu

Mixeil Saakaşvilinin Ukrayna vətəndaşlığından çıxması prosesi ləngiyir

23.11.2018, 20:56
Mixeil Saakaşvilinin Ukrayna vətəndaşlığından çıxması prosesi ləngiyir

Gürcüstanın sabiq Prezidenti Mixeil Saakaşvilinin Ukrayna vətəndaşlığından çıxmaq barədə ərizəsini araşdıran Ukrayna Kasasiya Məhkəməsi materialları ekspertizaya göndərdiyinə görə icraata fasilə verib.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Yeni Qüvvələr Hərəkatı Partiyasının Mətbuat xidmətindən məlumat verilib.

Xatırladaq ki, M.Saakaşvili 2015-ci ilin may ayından 2016-cı ilin noyabr ayınadək Ukraynanın Odessa vilayətinin qubernatoru vəzifəsində çalışıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol