“Azərbaycan medaisında müharibə mövzusu ilə bağlı verilmiş xəbərlərdən, daha doğrusu, dezinformasiyalardan, yalanlardan guya, Azərbaycan xalqında hansısa mifik ruh yüksəkliyi yaranır”.
Bunu SalamNews-a hərbi ekspert Üzeyir Cəfərov bildirib.
O deyib: “Bu xəbərlərin xalqımıza vurduğu ağır zərbələr, bəlkə də uzun illər yaddaşlardan çıxmayacaq. Hesab edirəm ki, baş vermiş xoşagəlməz hadisələr hərtətəfli təhlil edilməzsə, bunlara adekvat qiymət verilməzsə, biz bundan sonra daha acı günlər yaşamalı olacağıq".
Q.Cəfərov həmçinin təklifini səsləndirib:"Təklif edərdim ki, həmin o dezinformasiyalar yayan jurnalistlər, elektron və çap KİV, həmçinin onlayn saytlar günü sabah cəmiyyətdən üzrxahlıq etsinlər, mətbuatın adına atdıqları ləkəyə görə bağışlanmalarını israrla xahiş etsinlər.Kimliyindən asılı olmayaq, bu addım atılmalıdır".
Hərbi ekspert sonda vurğulayıb:"Son günlər cəbhə bölgəsində baş verən hadisələrin işıqlandırılması zamanı təkcə jurnalist dostlarımız deyil, rəsmi qurumlar da ciddi nəticə çıxarmalıdırlar. Ədalət naminə deyək ki, məhz onların ləng tərpənmələri, hadisələrə vaxtında və adekvat münasibət bildirməmələrinə görə biz çox xoşagəlməz hadisələrin şahidi olduq. İradların tam əksəriyyəti Müdafiə Nazirliyinə aiddir”.


Şərhlər