«Miqrant karvanı»nın ölkəyə yolu bağlanıb» - ABŞ dövlət katibi

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatlarının (ABŞ) dövlət katibi Mayk Pompeo bəyan edib ki, Birləşmiş Ştatların hakimiyyəti öz ərazisinə miqrantları buraxmayacaq.

O, qeyd edib ki, Qondurasdan, Salvadordan və Qvatemaladan olan miqrantlar Birəşmiş Ştatlara soxulmaq istəyirlər - bu, «təhlükə ilə hədələyə» bilər. Pompeonun sözlərinə görə, onları istismara məruz qoya bilərlər.

Bundan əvvəl, Ağ ev Meksika ilə sərhəddə orduya güc tətbiq etmək, o cümlədən, miqrantların hücumu zamanı onlara atəş açmaq hüququ verib.

Hazırda Meksikanın ABŞ-la sərhədindəki Aşağı Kaliforniya ştatında artıq 5,6 min nəfərə yaxın miqrantın cəmləşdiyi xəbər verilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar