Menu

Türkiyə və Rusiya müdafiə nazirləri Suriyadakı vəziyyəti müzakirə ediblər

24.11.2018, 13:04
Türkiyə və Rusiya müdafiə nazirləri Suriyadakı vəziyyəti müzakirə ediblər

Türkiyə və Rusiyanın müdafiə nazirləri Hülusi Akar və Sergey Şoyqu arasında telefon danışığı olub.

“Report” "Anadolu"ya istinadən xəbər verir ki, tərəflər Suriyadakı son vəziyyəti müzakirə ediblər.

Nazirlər həmçinin bölgədə təhlükəsizliyi təmin etmək üçün taktiki və texniki tədbirlərlə bağlı da fikir mübadiləsi aparıb, İdlib və Tel-Rıfat şəhərlərində sabitliyin yaradılması üçün birgə addımlar atmaq barədə razılığa gəliblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol