Menu

Gədəbəydə ər və arvad yanıq xəsarətləri alıb

25.11.2018, 13:15
Gədəbəydə ər və arvad yanıq xəsarətləri alıb

Gədəbəy rayonunda 2 nəfər şəxs ehtiyatsızlıqdan yanıq xəsarətləri alıb."Report"un Qərb bürosunun məlumatına görə, rayonun Turşusu kəndində 1985-ci il təvəllüdlü yerli sakin Samir Məmmədov evindəki qaz sobasını yandıran zaman ehtiyatsızlığa yol verib və nəticədə alov sobadan kənara yayılıb.

Bu zaman özü və sobanın yaxınlığında olan 1995-ci il təvəllüdlü həyat yoldaşı İlahə Məmmədova əl və üz nahiyələrindən müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. Hər iki yaralı xəstəxanaya yerləşdirilib. Onların vəziyyətinin orta-ağır olduğu bildirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol