Menu

İran-İraq sərhədində zəlzələ olub

25.11.2018, 22:28
İran-İraq sərhədində zəlzələ olub

İranda zəlzələ olub."Report" xarici mətbuata istinadən xəbər verir ki, yeraltı təkanlar Kermanşah vilayətində qeydə alınıb.

Bildirilir ki, yeraltı təkanlar 6,4 bal gücündə olub. Avropa-Aralıq dənizi Seysmologiya Mərkəzi isə İran-İraq sərhədində də 6,3 bal gücündə zəlzələnin baş verdiyini xəbər verib.

Məlumata görə, yerli vaxtla saat 16:37-də qeydə alınan zəlzələnin ocağı 46 kilometr dərinlikdə, yeraltı təkanların episentri Bağdaddan 150 kilometr şimal-şərqdə yerləşib. Hələlik dağıntı və ya tələfat barədə məlumat yoxdur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol