Gürcüstanın sabiq prezidenti Mixail Saakşvili hesab edir ki, bu gün Ukraynada bütün Avropanın taleyinə təsir edəcək tarixi hadisələr baş verir.
Musavat.com-un məlumatına görə, Ukraynanın TSN telekanalına müsahibəsində o, deyib: “Bu gün Avropanın taleyi Ukraynada həll olunur. Və mən düşünürəm ki, avropalılar da bunu dərk edib. Ukraynalılar Avropa sivilizasiyasını XXI əsrin vəhşilərindən öz qanları və həyatları ilə qorumaqdadırlar... Bu gün Ukraynada yaşananlar Rusiya imperiyasının, Rusiya imperializminin çöküşüdür. Bunun başlanğıcı Maydan hadisələri ilə qoyulub, Ukraynanın mübarizədən qalib çıxması ilə yekunlaşacaq”.
Saakaşvili hesab edir ki, məhz Rusiya təcavüzü ukraynalılara özlərini yekdil xalq, Avropa dünyasının bir parçası kimi hiss etməyə yardımçı olub. “Gələcəkdən qorxmaq lazım deyil. Düşünürəm ki, bu gün sizin ölkənizdə baş verənlər qorxulu yuxu kimi keçmişdə qalacaq. Rusiya Ukraynaya onunla kömək elədi ki, milləti konsolidasiya etdi, bir çox regionlar özlərini əsl ukraynalılar kimi hiss elədilər”.


Şərhlər