Rusiya Hesablama Palatasının sədri Aleksey Kudrin gələn il rublun məzənnəsində ciddi dəyişiklik olacağını proqnozlaşdırmır.
“Report” bu barədə Rusiya mətbnuatına istinadən xəbər verir.
“Sanksiyalar sərtləşməyəcəyi təqdirdə, gələn il üçün rublun məzənnəsi son iki ildə müşahidə olunan volatillik səviyyəsində qalmağa davam edəcək", - deyə A.Kudrin vurğulayıb.
A.Kudrin gələn il neftin qiymətində də əhəmiyyətli azalma gözləmədiklərini, buna baxmayaraq, neft qiymətində azalmanın gözlənilməz baş verdiyini qeyd edib.
“Mən hesab edirəm ki, neftin qiyməti 60 ABŞ dollarını keçəcək”, - deyə o vurğulayıb.


Şərhlər
Rusiyada dövlət var ki xalqın ehtiyaclarını düşünsün?Savadlı kadrların əksəriyyəti Putinizmdən yaxa qurtarmaq üçün ölkədən gedib.Ölkənin maliyyə vəziyyətini təhlil edə biləcək institutlar yoxdur.İdarəetmə Saltıkov-Şedrinin yazdığı kimi "dözmərəm,qırram" prinsipi ilə idarə olunur.İqtisadiyyat uzun illər ölkədən kənarda aparılan qapalı müharibələr nəticəsində əldə edilən neft və digər qənimətlər hesabına formalaşıb.İndi həmin imkanlar tükəndiyinə görə rublın taleyi də sual altında qalıb.