“Bunun istedadı başına dəysin. Axı bu adam cümlə düzəldə bilmir, bəs necə qəzetə baş redaktorluq edir?”
“AzPolitika.info”nun məlumatına görə, bunu usta jurnalist, Bakı Dövlət Universitetinin (BDU) professoru Qulu Məhərrəmli "Azərbaycanda media mühiti" mövzusunda müzakirələr zamanı bildirib.
“Demokrat.az” saytında keçirilən müzakirələr zamanı Q.Məhərrəmli Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) qəzetlərin maliyyələşməsilə bağlı siyasətini sərt tənqid edib. Sitat:
"Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) insanların ciblərindən ayrılan pulların hesabına formalaşır. Niyə büdcədən ayrılan o qədər pulu KİVDF hansısa mənasız və heç kəsin oxumadığı, yəni cəmiyyətə bir qəpiklik dəyəri olmayan qəzetlərə verir? Mən media ilə məşğul olan adam kimi o siyahıya baxıram. İnanın ki, o siyahıda elə qəzet adları görürəm, onları heç vaxt oxumamışam. Başqalarından soruşuram, onlar da tanımırlar. Evimizin yanında qəzet köçkü var, orada soruşuram ki, bu qəzetlər nə qədər satılır? Deyirlər ki, bu qəzetdən hər gün cəmi bir ədəd gəlir, o da satılmır”.
Q.Məhərrəmli KİVDF-nin maliyyələşdirdiyi, amma heç kimin tanımadığı, oxumadığı həmin nəşrləri “qəribə qəzetlər” adlandırıb. “Bu qəzetlərin qəribə rəhbərləri də olur. Son hadisələrlə bağlı həmin qəzetlərdən birinin baş redaktoru bir yazı yazıb. İndi bunun yazdığı şantaj, böhtandır, qarayaxmadır, bu bir yana qalsın. Bu, onun öz əxlaqıdır. Amma bunun həm də jurnalist bacarığı yoxdur. İki səhifəlik bir yazıda 34 qramatik, üslubi səhvlər var. Bunun istedadı başına dəysin. Axı bu adam cümlə düzəldə bilmir, bəs necə qəzetə baş redaktorluq edir? Hələ dövlət büdcəsindən də ildə 120-160 min manat pul alırlar. Axı bu cür qəzetlə ictimaiyyət qarşısına çıxmaq olmaz", - professor bildirib.
V.Nəsibov


Şərhlər
Dövlət pulunun ayrıldığı "bezdarnı" mətbuat orqanlarından biri də.... qəzetidir.Deyirlər ki,guya,öz "cib xərclikləri üçün" yaradıblar.Guya,yuxarıların razılığı ilə yaradılıb.
Həqiqi qəzetə pul verəndə heçnə qayıtmır (otkat)Əl əli yuyar
..."atın qabağına ət, itin qabağına ot" qoymağa davam edir. Ona görə də analoqsuz adlandırırlar (yeganə düz söz!).
Konkretlikdən uzaq,adressiz bir yazı. Bəs o cümlə düzəldə bilməyən kimdir?Açıqla,qoy millət tanısın.