Menu

QTİB-in yeni prezidenti Azərbaycana gələcək

26.11.2018, 19:27
QTİB-in yeni prezidenti Azərbaycana gələcək

Qara dəniz Ticarət və İnkişaf Bankının (QTİB) yeni prezidenti Dmitri Pankin dekabrın 13-14-ü Bakıya səfər etmək niyyətindədir.Bu barədə Trend-ə bankdan məlumat verilib.

Məlumatda qeyd olunub ki, o, Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Nazirlər Şurasının iclasında iştirak edəcək və bankın 2019-2022-ci illər üçün strategiyasının müzakirəsi üçün rəsmi şəxslərlə görüşlər keçirəcək.

Xatırladaq ki, D.Pankin bu ilin iyulunda QTİB-in prezidenti olub. O, bu vəzifədə İhsan Delikanlını əvəz edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol