Menu

NASA "InSight" zondunun Marsda çəkdiyi ilk şəkilləri göstərib - VİDEO

27.11.2018, 09:52
NASA "InSight" zondunun Marsda çəkdiyi ilk şəkilləri göstərib - VİDEO

NASA "InSight" kosmik zondunun Marsda çəkdiyi ilk fotoşəkili dərc edib.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, zond "Qırmızı planet"in səthinə noyabrın 26-da eniş edib. Aparat Elizey dağlıq ərazisinə enib.

"İnanılmaz uğur!", - ABŞ-ın vitse-prezidenti Mayk Pens "Twitter" səhifəsində yazıb.

Fotoşəkildə toz hissəcikləri və Mars planetinin üfüqü görünür. Yayım zamanı kosmik aparatın bütün sisteminin normal fəaliyyət göstərdiyi qeyd edilib.

Xatırladaq ki, ABŞ zondları Marsda səkkizinci dəfə araşdırma aparırlar.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol