“Bu il Azərbaycanda 132 min hektar ərazidə pambıq əkilib. Gələn il isə 100 min hektar sahədə pambıq əkini nəzərdə tutur”.
“Report” xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin Masallı rayonundakı Dövlət Aqrar Mərkəzinin (DAİM) açılışında nazir İnam Kərimov deyib.
“Pambıq mövsümünün sonundayıq. Bu günə qədər 215 min ton pambıq tədarük edilib. Bu il orta məhsuldarlıq ötən illə müqayisədə çox – hər hektara 16 sentnerdir. Gələn il daha çox məhsuldarlıq əldə etmək niyyətindəyik. Məqsədimiz intensiv məhsuldarlığa nail olmaqdır”, - deyə nazir qeyd edib.


Şərhlər
Bu neft deyil ki yerdən fontan vursun. 60-70 sentner pambıq, ağdan da ağ oldu...
Yeni toxumlar sayəsində hər hektardan 40-45s,hətta 65-70s pambıq yigmaq mumkundur.Belə faktlar həqiqətən var və bu realdır.Budcə təşkilat rəhbərlərini pambıq əkməyə məcbur etdiklərinə görə,onlar da yararlı və yararsız torpaqları özlərinin səlahiyyət və pullarından istifadə edərək zorla əkinçilərdən alıb ,hara gəldi pambıq əkirlər, daha dogrusu buna məcbur edilirlər.Bu inzibati resursların hesabına əkdikləri pambıgı da becermirlər və nəticədə də orta məhsuldarlıq 16s olur.
Dövlət Statiskasının yaydıgı rəsmi məlumata görə, 2005-ci təssərrufat ilində 280min ton pambıq tədaruk edilib.Bu yeni tariximizin rekord həddidir.Sınıq-salxax texnika ilə,lakin ,heç bir inzibati mudaxilə və sarsaq göstərişlər olmadan bu məhsul real olaraq toplanmışdır.İndi isə olkəyə gətirilən muasir texnika və avadanlıqlar,guzəştli gubrə və dərmanlar. subsidiyalar və s.olmasına baxmayaraq nəticə goz qabagındadır.Mudaxilələr və axmaq tapşırıqlar imkan vermir ki,əkinçilər yuksək məhsul götursunlər.