Menu

Ombudsmanın maaşı artırıldı

27.11.2018, 12:24
Ombudsmanın maaşı artırıldı

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsman) maaşı artırılıb.

Modern.az saytının məlumatına görə, bununla bağlı Milli Məclisin iclasında "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) haqqında" qanunun 16-cı maddəsinə (Müvəkkilin sosial, maliyyə və digər təminatları) dəyişiklik edilib.

Dəyişikliyə görə, Müvəkkil 2230 manat məbləğində aylıq əmək haqqı alacaq. Hazırki qanunvericilikdə isə belədir: “Müvəkkil 2025 manat məbləğində aylıq əmək haqqı alır”.

Qanununun 1-ci maddəsində nəzərdə tutulmuş dəyişiklik 2018-ci il mayın 1-dən tətbiq ediləcək.

Ombudsmanla bağlı qanuna dəyişiklik II oxunuşda qəbul edilib. Hazırda Azərbaycanın insan hüquqları üzrə müvəkkili (Ombudsman) 81 yaşlı Elmira Süleymanovadır.

Ombudsman Elmira Süleymanovanın səlahiyyət müddəti 2017-ci ilin mart ayının 5-də başa çatıb. Lakin yeni Ombudsman seçilmədiyindən o, fəaliyyətini davam etdirir. Xatırladaq ki, Elmira Süleymanova iki dəfə - 2002 və 2010-cu illərdə Ombudsman seçilib.

Qanunvericiliyə görə, Azərbaycan Respublikasının Prezidenti Milli Məclisə yeni Ombudsmanın seçilməsi üçün üç şəxsin namizədliyini təqdim edir. Milli Məclis 15 gün müddətində yeni müvəkkilin seçilməsi ilə bağlı müvafiq qərar qəbul edir.

Şərhlər

Pensiyaçı 2018-11-27 12:24:08

Əvvələn ombudsmanın 82 yaşı var və güclə yeriyir.İkincisi O pensiyaçıdır və yüksək pensiya alır.Sonra da əhalinin pensiyaları,müavinətləri,maaşları (200-250 manat) həddlərində olduğu halda: 1.82 yaşlı qadının bu postu tutması nə qədər əsaslıdır?Ölkədə mütəxəssis çatmır?
2. Əhalinin pensiyaları cəmi 6-12 manat artırılacağı təqdirdə maaşının 128 manat artırılması ( üstəgəl pensiyası) hansı ehtiyacdan doğub?
3.Onun fəaliyyətinin nəticəsi hiss olunmur.

Zaur 2018-11-27 12:24:08

Bu qarı nənə kimin adamıdır? Niyə bu arvad evində oturub pensiyasın almır. Niyə ard-arda bu arvad tutdu vəzifəni? Ümumiyyətlə bu ləğv olunmalıdır. Korrupsioner mendoza dövlətçiliyi ilə bu vəzifə gülünc görünür.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol