Menu

AKP-nin Ankara və İzmir bələdiyyə sədrliyinə namizədlərinin adları açıqlanıb

27.11.2018, 14:17
AKP-nin Ankara və İzmir bələdiyyə sədrliyinə namizədlərinin adları açıqlanıb

Türkiyənin Ədalət və İnkişaf Partiyasından (AKP) Ankara Böyükşəhər Bələdiyyəsi sədrliyinə Mehmet Özhasekinin namizədliyi irəli sürülüb.

“Report” “CNNTurk”ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AKP-nin parlamentdəki fraksiyasının genişləndirilmiş toplantısında açıqlayıb.

Mehmet Özhaseki AKP sədrinin müavini və keçmiş nazirdir.

O, AKP-nin İzmir Böyükşəhər Bələdiyyəsi sədrliyinə namizəd isə Nihat Zeybekçi irəli sürdüklərini deyib. Nihat Zeybekçi 2011-ci ildən millət vəkili seçilib. 2013-2015 və 2016-2018-ci illərdə iqtisadiyyat naziri olub.

Rəcəb Tayyib Ərdoğan bildirib ki, 81 əyalətdən 60-nın bələdiyyə sədrliklərinə namizədlərin adları məlumdur. O, qalan 21 əyalət üzrə namizədlərin adlarını Cənubi Amerikaya səfərdən qayıtdıqdan sonra açıqlayacaq.

Xatırladaq ki, 2019-cu il martın 31-də Türkiyədə bələdiyyə seçkiləri keçiriləcək.

Bu il noyabrın 30-dan dekabrın 1-dək Argentinada “G-20”liyin zirvə toplantısı baş tutacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol