"Kolektiv Təhlükəsizlik Müqaviləsi Təşkialtının (KTMT) üzv ölkələri bir-birinə qarşı müttəfiqlik öhdəliklərini dəqiqləşdirməlidir".
“Report” TASS-a istinadən xəbər verir ki, bunu Vanadzor şəhərindəki mitinq iştirakçıları qarşısında Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan deyib.
“Bildiyiniz kimi, son vaxtlar KTMT-də qızğın müzakirələr gedir. Bəli, bu müzakirələrin hədəfi üzv ölkələrin bir-birinə qarşı hansı öhdəliklər daşıdığına aydınlıq gətirməkdir. Biz kimə bel bağlayıb-bağlamayacağımızı nəhayət ayırd etməliyik”, – o vurğulayıb.
N.Paşinyanın sözlərinə görə, Ermənistan üçün “müqaviləyə əsasən Ermənistanın müttəfiqi sayılan bəzi ölkələrin bizə o qədər də dost olmayan qonşumuza silah satmaları bir qədər müəmmalıdır... Bu məsələni müttəfiqlərimizlə müzakirə etməyi səmimi qəlbdən istərdik”.


Şərhlər
Bu, nə hoqqadır,bizim mətbuat orqanları ermənilərin təbliği ilə məşğuldur.Bəlkə bu yoldan çəkinməyin vaxtıdır?Hansı KİV-ə baxırsan, erməni belə getdi,paşinyan belə gəldi və s.iyrənc informasiyalar gözlərimizi qabar edir.Bura Azərbaycandır,axı,ermənilərə aid informasiyalar adamın mədəsini bulandırır.Bəzi müğənnilər də başlayıblar mahnıları rus və Azərbaycan dillərində oxumağa.Məgər,bu adamlar rusdur ki, rusca oxuyurlar?Nə isə.Bunu,bəlkə də qan qarışığı olanlar edir.Adamın milli təəssübkeşliyi olmalıdır..