Menu

Yaralı əsgərimizdən qürur duyulası açıqlama - Video

10.08.2014, 08:50
Yaralı əsgərimizdən qürur duyulası açıqlama - Video

“Bir arzum var ki, ayağa qalxım döyüşə gedim, qisasımı alım...”

Xəbər verdiyimiz kimi, Müdafiə Nazirliyi erməni gülləsinə tuş gəlmiş 3 əsgərimizi Türkiyəyə müalicəyə göndərib.

Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində düşmənin diversiya-təxribat cəhdlərinin və hücumlarının qarşısını alarkən yaralanan əsgərlərdən 3-ü müalicə üçün Türkiyəyə aparılıb. “TRT”nin müxbiri yaralı əsgərlərimizdən biri Elvin Əsgərova baş çəkərək ondan açıqlama alıb.

Əsgərov türkiyəli müxbirə açıqlamasında son nəfəsinə qədər döyüşə biləcəyini, Vətən üçün canından, qanından keçməyə hazır olduğunu bildirib.

“Mən fəxr edirəm ki, Azərbaycan uğrunda – Vətənimə görə yaralanmışam. Ən böyük arzum odur ki, ayağa qalxım döyüşə gedim və qisasımı alım.” - deyə yaralı əsgərimiz kövrələrək qürur duyulası açıqlama verib.

Həmin kadrları təqdim edirik:

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol