Menu

Türkiyədə yaralı əsgərlərimizdən birinin vəziyyəti ağırlaşıb - FOTO

10.08.2014, 09:00
Türkiyədə yaralı əsgərlərimizdən birinin vəziyyəti ağırlaşıb - FOTO

Əsgərimizin gözü amputasiya olunub

Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində son günlərdə meydana gələn hücumlar zamanı yaralanan əsgərlərdən 3-ü müalicəsi Türkiyədə müalicə edilir.

Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Bakı kordinatorluğunun təşəbbüsü ilə Səhiyyə Nazirliyinin təcili yardım təyyarəsi ilə Ankaraya aparılan əsgərləri, Esenboğa Hava limanı Baş Aviasiya terminalında baş nazir müavini Emrullah İşler, Səhiyyə nazirinin müavini Agah Kafkas, Azərbaycanın Ankaradakı səfiri Faiq Bağırov, TİKA sədri Serdar Şam, Baş qərargah Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi general Ərtoğrul Qazi Özkürkçü, Səhiyyə Nazirliyi Təcili Səhiyyə xidmətləri baş direktoru Osman Arıkan Nacar qarşılayıb.

Yaralı əsgərlərin vəziyyəti ilə bağlı açıqlama verən Osman Arıkan bunları bildirib:

“Yaralılardan birinin həyati təhlükəsi davam edir. Digər iki əsgər isə yaxşıdır. Onlardan birinin sağ ayağı dizdən kəsilib, digəri qarın boşluğundan güllə yarası alıb. Vəziyyəti ağır olan xəstənin bir gözü amputasiya olunub.”

 

Foto: Anadolu Agentliyi

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol