Menu

Gürcüstanda Seçici fəallığı 20%-ə yaxınlaşır

28.11.2018, 13:43
Gürcüstanda Seçici fəallığı 20%-ə yaxınlaşır

Gürcüstanda prezident seçkilərinin ikinci turunda seçici fəallığı saat 12:00 üçün 19,6% təşkil edib.

“Report”un yerli bürosunun verdiyi xəbərə görə, bu barədə Mərkəzi Seçki Komissiyasının mətbuat katibi Ana Mikeladze bildirib.

O deyib ki, seçkilərin birinci turunun eyni göstəricisi ilə müqayisədə seçici fəallığı daha yüksəkdir. Oktyabrın 28-də keçirilmiş seçkilərin birinci turunda saat 12:00 üçün seçici fəallığı 15,95% olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol