Menu

«Ukraynadan qaçqın axını baş verə bilər» - Slovakiyanın baş naziri

29.11.2018, 08:40
«Ukraynadan qaçqın axını baş verə bilər» - Slovakiyanın baş naziri

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, çərşənbə günü Slovakiyanın Baş naziri Peter Pelleqrini keçirdiyi mətbuat konfransında bəyan edib ki, Moskva ilə Kiyev arasında münasibətlərin gərginləşməsi nəticəsində Şərqi Ukraynanın əhalisinin bir hissəsi ölkənin qərbinə axışa bilər. Bunun nəticəsi isə Slovakiyaya yönəlik miqrasiya təzyiqi doğura bilər.

«Əhalinin bir hissəsi Ukaynanın şərq vilayətərindən qərbə yerini dəyişə bilər ki, bu da bizim sərhədləri keçmək üçün təzyiq yaradar. Biz, vəziyyəti ciddi şəkildə izləyirik» - deyə, Pelleqrini xüsusi iclasdan sonra bildirib. Mətbuat konfransını şəbəkə TV-kanalları yayımlayıb.

Bununla yanaşı, baş nazir qeyd edib ki, Ukraynada münaqişənin mümkün qızışması barədə hökumətin əlində məlumat yoxdur.

«Hələlik vəziyyət təhlükəli deyil. Slovakiyanı heç bir insident təhdid etmir, amma hökumət mümkün riskləri qiymətləndirməyə bilməz» - deyə, Pelleqrini bildirib və əlavə edib ki, münaqişənin diplomatik yolla həllinə inanır.

Müdafiə naziri Peter Qaydoş isə xəbər verib ki, ordu sərhədlərin qorunması üçün 1,2 min hərbçi və hərbi polis ayıra bilər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol