Menu

«Rusiyaya qarşı heç bir ərazi iddiamız yoxdur» - Finlandiya XİN

29.11.2018, 20:20
«Rusiyaya qarşı heç bir ərazi iddiamız yoxdur» - Finlandiya XİN

«AzPolitika.info» xarici KİV-ə istinadla xəbər verir ki, Finlandiyanın Xarici İşlər Nazirliyi (XİN) İkinci dünya müharibəsindən sonra Sovet İttifaqının, SSRİ dağılandan sonra isə Rusiya Federasiyasının tərkibinə keçmiş Koreliyaya yönəlik hər cür iddianı rədd edir.

«Finlandiyanın heç bir ölkəyə qarşı heç bir ərazi iddiası yoxdur. Beləliklə, Finlandiya Rusiya Federasiyası ilə Paris sülh müqaviləsi əsasında SSRİ-yə verilmiş ərazilərin qaytarılması məsələsini qaldırmağı planlaşdırmır» - deyə, Finlandiya XİN-nin Rusiya ilə əlaqələr şöbəsinin rəhbəri Nikolas Lindkvist bəyan edib.

Finlandiyadakı bəzi siyasi dairələrin Kareliyanın qaytarılması barədə tələbini şərh edərkən o, belə bir fikir səsləndirib ki, bunun əvəzində, «diqqəti sərhədyanı əməkdaşlığa yönəltmək daha məhsuldar olardı» - deyə, «İnterfaks» sitat gətirir.

Xəbər verildiyi kimi, noyabrın 17-də «Həqiqi finlər» partiyasının gənclər qanadı İkinci dünya müharibəsindən sonra bəzi ərazilərin SSRİ-yə verilməsi barədə qərarın ədalətsiz olduğunu bildirib və bu barədə xüsusi qərar qəbul edərək, bu ədələtsizliyin aradan qaldırılmsına çağırış edib. Bu iddia Kareliyanın bir hissəsinə və bəzi digər torpaqlara aiddir.

Bundan başqa, «Aluepalautus» qeyri-komersiya təşkilatı cari ilin sentyabrında bir çağırış dərc edib. Sənədə əsasən, Finlandiya Rusiyaya təklif etməli və 1920-ci il Tartus müqaviləsi ilə müəyyən olunmuş sərhədlərə qayıtmaq barədə danışıqlara başlamalıdır. Sənəddə o da müəyyən olunur ki, ölkələr sözügedən müqavilənin 100 illik yubileyinə (2020 il) qədər razılığa gəlməlidirlər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol