Menu

Kanada Səudiyyə Ərəbistanının 17 təbəəsinə sanksiya tətbiq edib

29.11.2018, 21:21
Kanada Səudiyyə Ərəbistanının 17 təbəəsinə sanksiya tətbiq edib

Kanada hökuməti jurnalist Camal Qaşıqçının qətlə yetirilməsi ilə bağlı şübhəli sayılan Səudiyyə Ərəbistanının 17 təbəəsinə qarşı sanksiya tətbiq edib.

Bu barədə “Report” Kanada XİN-in saytına istinadla xəbər verir.

Xatırladaq ki, “Vaşinqton post” qəzetinin əməkdaşı C.Qaşıqçı bu il oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunda öldürülüb. İndiyədək onun meyiti tapılmır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol