Menu

Milli Məclis bu gün büdcə müzakirələrini yekunlaşdıracaq

30.11.2018, 09:58
Milli Məclis bu gün büdcə müzakirələrini yekunlaşdıracaq

Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək.

Trend-in məlumatına görə, iclasda "Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında" qanun layihəsi yekun müzakirəyə (üçüncü oxunuş) çıxarılacaq.

İclasda həmçinin "Azərbaycan Respublikasında 2019-cu il üçün ehtiyac meyarının həddi haqqında" qanun layihəsi, "Azərbaycan Respublikasında 2019-cu il üçün yaşayış minimumu haqqında" qanun layihəsi yekun müzakirələrə çıxarılacaq.

Qeyd edək ki, ümumilikdə Milli Məclisin noyabrın 27-də və 30-da keçirilən iclaslarının gündəliyinə 58 məsələ daxil edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol