«AzPolitika.info»-nun Rusiya KİV-ə istinadla verdiyi xəbərə görə, Ukraynanın xarici işlər naziri Pavel Klimkin bəyan edib ki, Rusiya Federasiyası ilə bağlanmış 40-a qədər müqavilənin fəaliyyəti yaxın vaxtlarda dayandırılacaq («İnterfaks»).
«Biz, son vaxtlar 48 ikitərəfli müqaviləri «öldürmüşük». Novbəti addımlar çox tezliklə olacaq - 40-a yaxın müqaviləyə son veriləcək. Biz, müqavilə bazamıza yenidən hərtərəfli şəkildə baxırıq...» - deyə, Klimkin xəbər verib.
Bundan əvvəl Ukrayna XİN başçısı bəyan etmişdi ki, Rusiya ilə diplomatik münasibətlər Ukraynaya lazım deyil.


Şərhlər