Menu

Çində günahsız məhkum 23 il sonra azadlığa çıxdı

30.11.2018, 22:22
Çində günahsız məhkum 23 il sonra azadlığa çıxdı

Çində 23 ili istintaq səhvi ucbatından həbsdə keçirmiş şəxs azadlığa çıxıb.Trend-in məluatına görə, hazırda 50 yaşı olan Tszin Çjehun 1995-ci ildə zorlama və qətldə ittiham olunaraq ömürlük həbs cəzasına məhkum edilib.

Yalnız 2014-cü ildə Çin Ali Məhkəməsi işə yenidən baxılmasını tələb etdikdən sonra bəzi təfərrüatlar məlum olub.

Belə ki, məhkum ittihamları işgəncə altında qəbul etdiyini bildirib. 4 il davam etmiş istintaq nəticəsində T.Çjehun azadlığa buraxılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol