Taxta qaşıqdan danışan sevgililər...

Seymur VERDİZADƏ

Onlar rəfiqədirlər. Özəl ali məktəblərin birində təhsil alırlar. Valideynləri qızlarının elm öyrənməsi üçün hər il 1 500 manat vəsait ödəyir. Digər xərclərin nədən ibarət olduğunu isə övladları tələbə olan ata-analar daha yaxşı bilirlər...

Bir həftə əvvəl metronun “Gənclik” stansiyasının yaxınlığında yerləşən Atatürk parkında qabağımı kəsib, salam-kəlamsız mətləbə keçdilər: “Sizdən müsahibə götürmək istəyirik!”

Oxşar vəziyyətlə dəfələrlə qarşılaşdığım üçün təmkinimi pozmadım: “Siz jurnalistsiniz?”

İkisi də bir ağızdan dilləndi: “Yox, tələbəyik. Müəlliməmiz tapşırıb ki, tanınmış adamların birindən müsahibə götürün. Biz də sizdən müsahibə götürmək istəyirik”.

Qızların sərbəstliyi xoşuma gəldi. Üstəlik, fikirlərini aydın şəkildə ifadə etdikləri üçün heç bir qaranlıq məqam qalmamışdı. Odur ki, razılıq verib, keçdim əsas məsələyə: “Nə vaxt müsahibə götürmək istəyirsiniz?”

Dedilər ki, sualları hazırlayan kimi zəng edəcəklər. Telefon nömrəmi alandan sonra nəzakətlə sağollaşıb uzaqlaşdılar...

Dünən zəng vurub, görüşmək istədiklərini dedilər. Space TV-də çəkilişdə olduğumu, yalnız 1 saat sonra görüşə biləcəyimi söylədim. Qərara aldıq ki, Jurnalistlərin Həmkarlar İttifaqının Beynəlxalq Mətbuat Mərkəzində yerləşən ofisində görüşək...

Görüş yerinə vaxtında gəldilər. Diktofonu işə salıb, müəllimləri ilə birlikdə hazırladıqları sualları səsləndirməyə başladılar. Mən danışdım, onlar qulq asdılar. Müsahibə yekunlaşanda qənd qabındakı şkoladları çantalarına boşaldıb, yola saldım...

Aradan iki saat keçməmiş zəng etdilər: “Müəllim, bəzi çətinliklərimiz yaranıb. Bizə kömək edə bilərsiniz?”

- Əlbəttə, - dedim.

Reaksiya belə oldu: “Yazıçı dostlarınızın adlarını yazmağa çətinlik çəkirik. Zəhmət olmasa, onların adını bir də söyləyin”.

Çaşıb qaldım. Axı mən müsahibədə ancaq klassiklərdən danışmışdım. Onların heç birini görmək şansım olmayıb...

Bunu qızlara deyəndə, əlavə izahat verməli oldular: “Birinin adının əvvəlində dost sözü var”.

Barmağımı dişlədim: “Yəqin böyük rus yazıçısı Fyodor Dostoyevskini nəzərdə tuturlar...”

Bu dəfə mən sual verdim: “Dostoyevskini deyirsiniz?”

Qarşı tərəfdən asimana sevinc nidaları yüksəldi. Onların yerlərində necə atılıb-düşdüklərini təsəvvür etmək çətin deyildi...

Bu minvalla Dostoyevskinin, Tolstoyun, Balzakın, Drayzerin, Markesin soyadlarını hərf-hərf söylədim, onlar da yazıb, xoşbəxt oldular...

27 yaşlı bir tanışım var. Bankların birində filial direktorunun müavini işləyir. Bir dəfə söhbət əsnasında dedi ki, indiyə kimi bircə bədii kitab da oxumayıb. Ona irad bildirəndə, cavabı belə oldu: “Axı mən ədəbiyyat müəllimi deyiləm...”

Üç-dörd gün əvvəl dostumla rayondan qayıdanda xeyirxahlıq edib, yolun kənarında dayanan iki oğlanı da maşına götürdük. Bu vaxt radioda “Əhməd haradadır” filmindən bir fraqment səsləndi. Arxaya çevrilib oğlanlardan bu fraqmentin hansı filmdən götürüldüyünü soruşdum. İkisi də çiynini çəkdi. Söhbət əsnasında məlum oldu ki, bu gənclər hələ indiyə kimi Bəşir Səfəroğlunun, Lütfəli Abdullayevin, Siyavuş Aslanın adını eşitməyiblər...

Bir dostum danışır. Yaxın keçmişdə oğlu sevgilisi ilə görüşə çıxıb. Uşaq axşam evə qayıdanda, dostum arsızlıq edib ondan qızla nə barədə danışdıqlarını soruşub. Oğlanın cavabı belə olub: “Soruşdum ki, sizin taxta qaşığınız var? Qız da başını aşağı salıb, heç nə demədi...”

Dostum əmindir ki, oğlu ona ələ salmayıb. Sadəcə, dünyagörüşü məhduddur...

Bax, belə! Kitab oxumayanda, kinoya, teatra getməyəndə, muzeyin, sərgi salonlarının yolunu tanımayanda, adamın danışmağa sözü olmur...

Neçə vaxtdır bir sual mənə rahatlıq vermir: görəsən, zamanın tələbi ilə taxta qaşıqlar evlərdən yığışdırılanda bəzi gənclərimiz sevgililəri ilə nədən danışacaqlar? (Moderator.az)

635x100

Şərhlər

AAgahuseyn 2018-11-30 23:03:39

ARDI.qazanacaqımız iysə bütün dünyada hakimiyyət olacaqdır.Ğüldü və dedi mənim şağirdimdir.Onun şagirdlərinin arasında Alimlər Ğenerallar və diğər peşə sahibləri coxdur.Onu da deiym ki, O məndən 1.8-ay böyükdür bizdə əvvəlki buraxlış şaöirdləri ilə həmyaşıd idi.ALLAH ONA CAN SAQLIQI VERSİN.Sağ ol ƏLƏŞRƏF MÜƏLLİM.

AAgahuseyn 2018-11-30 23:03:39

Ardı.Mən nə qədər özümü tanıtmaq istədim alınmadı.Müəllim sənə bir sual verəcəm cavab versən bilərəm sənə dərs demişəm.SUAL.pavel qracovun məhkəmədəki nitqini de.cavab.Prokuror cıxışnda bizim məhkəmədəki nitqimizi carın əleyhinə qiyamdır deyə adlandırdı və carın əleyhinə qiyam edən bir adam kimi qələmə verdi.Burada mən onu deməliyəm ki,biz fəhləyik hər şeyi uşaq oyuncaqlarından nəhənğ maşınlara qədər hər şeyi öz əli ilə yaradan adamlarıq.Biz inqilab etsək itirəcəyimiz əl qolumuzu baqlayan zəncir

AAgahuseyn 2018-11-30 23:03:39

Cox hörmətli Seymur nüə.Sizin yazıların coxunu oxuyuram.TV-lərdəki cıxışlarınızı izləyirəm cox vaxt fikrimiz üst-üstə düşür.Nə elm nə də humanitar sahə adamıyam.Orta məktəbi 1965-ci ildə bitirmişəm.Masallıda yaşayan 2-il bizə rus dilindən dərs demiş bir MÜƏLLİMİM yaşayır ƏLƏŞRƏF NİFTİYEV.Onu cox ğörmək istəyirdim amma alınmırdı.Bir ğün yas mərasimində yerli bir nəfərdən soruşdun dedi burdadır sizi ğörüşdürərəm sevindim.maqarın cölündə həyacanla ğözləyirdin bu vaxt 2-nəfər mənə yanaşdı.Dedi tanış ol ƏLƏŞRƏF

Son yazılar